Bakıda Ağ Şəhər Bulvarında 13 və 14 avqust tarixlərində açıq havada yoqa dərsi keçiriləcək. Dərs yoqa üzrə təlimçi Elçin Quliyevin təşkilatçılığı ilə saat 07:00-09:00 aralığında baş tutacaq.
Hatha yoqa dərsi zamanı Şatkarma təmizləmə üsulları da təlimçi tərəfindən göstəriləcək.
Dərsin qiyməti 5 manatdır. İştirakçılar özləri ilə mat və ya mələfə gətirməlidirlər.