"Azərsu" 5 milyon manatlıq tenderə yekun vurub. Bu haqda 8 avqust tarixində Report məlumat verib.
Tenderin qalibi “Arko Təmir Tikinti Şirkəti” MMC olub. Qalib şirkətə, müvafiq olaraq, 5,115 milyon manat ödəniləcək. Vəsait Bakının bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə xərclənəcək.
“Arko Təmir Tikinti Şirkəti” MMC bundan əvvəl də "Azərsu" ASC-nin tenderini qazanıb.