Bakının Binəqədi rayonunda abadlıq işləri aparılır. Bu haqda bu gün, 21 may tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə keçirdiyi görüşlər zamanı səsləndirilən problemlər nəzərə alınaraq, müvafiq tədbirlər həyata keçirilir. Belə ki, ərazidə divarlar rənglənib, məişət tullantıları çıxarılaraq küçələr təmizlənib, həmçinin yaşıllıqlar sulanıb.