Bakının Binəqədi rayonunda abadlıq işləri aparılır. Bu haqda bu gün, 4 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Rayon icra hakimiyyəti başçısının sakinlərlə keçirdiyi görüşlər zamanı səsləndirilən problemlər nəzərə alınaraq, müvafiq tədbirlər həyata keçirilir. Belə ki, əsas və məhəlləarası yollar asfaltlanır, yolların kənarları alaq otlarından təmizlənir.