Bakının mərkəzində fantastik qiymətə hotel satılır. Bu haqda 15 iyun tarixində Oxu.az məlumat verib.
“Qafqaz Baku City Hotel & Residence” 72 milyon 750 min manata satışa çıxarılıb. Kompleks 17 mərtəbədən, 317 otaqdan və 9 yüksək komfortlu mənzildən ibarətdir. Həmçinin kompleksə fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan 2 otaq daxildir.
“Gilan Holding”-ə məxsus olan “Qafqaz” hotellər şəbəkəsinə 12 hotel daxildir.