Sosial şəbəkələrdə istifadəçilər İçərişəhər qala divarlarının vandalizmə məruz qalmasından hiddətlənirlər. Divarlara naməlum şəxslər adlarını, telefon nömrələrini, maşın nömrələrini yazır, sevgi etiraflarını bildirirlər.
Facebook istifadəçilərindən biri, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev bu gün, 9 iyun tarixində öz səhifəsində paylaşım edib: “İnsan nə qədər eybəcər biri olmalıdır ki, bizim üçün müqəddəs bir yerin üzərində bunu yazsın. Xahiş edərdim "İçəri-Şəhərin" rəhbərliyindən, onları tapsın və mütləq məsuliyyətə cəlb etsin”.
Bu paylaşım sosial şəbəkədə müzakirələrə səbəb olub. Dövlət qurumlarının reaksiyası hələ ki, məlum deyil.
[URIS id=47924]