Bakıdan Naxçıvana getmək istəyənlər artıq 50 deyil, 60 manat ödəməli olacaqlar. Bu haqda BakuPlus.az bu gün, 7 iyun tarixində xəbər verir.
Nazirlər Kabineti iyunun 6-da “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir.
Əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.