Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin 1 may massivi adlanan ərazisində yaşayan sakinlər susuzluqdan əziyyət çəkirlər. Bu haqda Space TV reportaj hazırlayıb.
Sakinlər mövcud problem ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, bunun nəticəsi olmayıb.
“Azərsu ASC”-nin rəsmisi Anar Cəbrayıllının sözlərinə görə, qurumda sakinlərin problemindən xəbərdardırlar və qısa zamanda məsələ aradan qaldırılacaq. Son günlər havaların istilənməsi ilə bağlı hidravlik rejiminin tənzimlənməsi istiqamətində işləri həyata keçirilir. Bu işlər çərçivəsində qəsəbəyə suyun verilməsində qrafiklərdən müəyyən kənarlaşmalar baş verib. Artıq bu istiqamətdə işlər həyata keçirilir, və qısa zamanda sakinlər içməli su ilə təmin olunacaqlar.