Bakıdakı Rus Evində ödənişsiz film nümayişi baş tutacaq. Bu haqda BakuPlus.az RİMM-in mətbuat xidmətinə istinadən bu gün, 27 iyul tarixində xəbər verir.
İyulun 28-də baş tutacaq tədbirdə “Buz” melodramı nümayiş olunacaq.
Rejissoru Oleq Trofim olan film uşaqlıqdan möcüzələrə inanan Nadya adlı qızdan bəhs edir.
Tədbirdə 12 yaşdan yuxarı hər kəs ödənişsiz şəkildə iştirak edə bilər.
Filmin nümayişi saat 20:00-da başlayacaq.