Bakıda fotoqraflar üçün master-klas keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 18 may tarixində xəbər verir.
Mayın 23-ü saat 19:30-da keçirilməsi nəzərdə tutulan ustad dərsi “Qafqaz” Beynəlxalq Foto Klubu və Bakıdakı Rus Evinin (RİMM) təşkilatçılığı ilə baş tutacaq.
Ustad dərsi yüksək sürətli çəkiliş üzrə Rus Evinin binasında keçiriləcək.