Paytaxtın Nərimanov rayonunda vətəndaşın 105 yaşı tamam olub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tura Abbasovanın yubileyi münasibətilə İcra Hakimiyyətinin nümayəndələri onu ziyarət ediblər. Uzunömürlü sakinə hədiyyələr təqdim olunub, yubilyarın həyatından xatirələr dinlənilib.
Sonda onunla və ailəsi ilə xatirə şəkli çəkilib.
[caption id="attachment_45321" align="alignnone" width="800"]
Foto Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsi[/caption]