Rusiya aviaşirkəti Bakı-Sankt-Peterburq marşrutu üzrə birbaşa uçuşlara başlayır. Bu haqda 30 iyun tarixində APA məlumat verib.
Rusiyanın “Utair” aviaşirkəti iyul ayından Sankt-Peterburqdan uçuşları təşkil edəcək. Sərnişinlər həm Rusiyada, həm də MDB məkanında sərbəst şəkildə birbaşa uçuşlar həyata keçirə bilərlər.
Bakı-Sankt-Peterburq istiqamətində reyslər bazar ertəsi və cümə günlərində həyata keçiriləcək.