Bakı Zooloji Parkında uşaqlar üçün “Quşlar üçün yem hazırlayaq” adlı master-klas keçiriləcək. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az məlumat verir.
Tədbir sabah, 18 iyun tarixində saat 15:00-da baş tutacaq.
Ustad dərsinin əsas məqsədi uşaqların təbiətlə təmasını və ətraf mühitə hörmətini artırmaqdır. Bu seminarlar hər yaşda olan uşaqlar üçün maraqlı olacaq.
Dərsdə iştirak ödənişsizdir, qeydiyyat tələb olunmur.