Bakı Zooloji Parkında Hindistan tirəndazının iki balası dünyaya gəlib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Zooloji parka istinadən məlumat verir.
Hindistan tirəndazı Azərbaycanın Qırmızı Kitabına daxildir. Əsasən Asiya və Afrikanın tropik və subtropik hissələrində yayılıb. Tirəndazlar məməlilər arasında ən uzun tikanlara malik heyvandırlar. Onlar doğularkən yumşaq oxları olur və bir neçə gün ərzində oxlar bərkiyir, hətta güclü sanca bilir. Qıcıqlandıqda oxlarını qaldırır və quyruğundakı tikanları bir-birinə çırpır.
Daha öncə məlum olub ki, zooparkda pələng balası dünyaya gəlib.