top
BakuPlus Şuşaya tur təşkil edən “agentliyin” saxtakarlığını ifşa edib
19 iyul 2022, 07:49
- ↺ +

BakuPlus Şuşaya tur təşkil edən “agentliyin” saxtakarlığını ifşa edib

Dövlət tərəfindən Şuşaya avtobus reyslərin sayı getdikcə artırılır. Buna baxmayaraq, tələbat o qədər yüksəkdir ki, artıq növbəti 3 ay üçün bütün biletlər satılıb. Bu da dələduzların gəlir əldə etmələri üçün yeni fürsətlər yaradır. İnsanların vətənpərvərlik hisslərindən sui-istifadə edilərək saxta turların təşkil olunmasına başlanılıb.

Bu kimi turlardan birinə aldananlar arasında izləyiciləmiz də olub. Onların sözlərinə görə, bir qrup şəxs İnstagram sosial şəbəkəsi vasitəsilə Şuşaya səfər təşkil etdiyini elan edir. Səyahətin vaxtı çatdıqda isə, dedikləri yerdə nə avtobus tapılır, nə də tur nümayəndəsi. Onlarla əlaqə saxlamaq istəyən müştərilər isə bloka atılırlar. Beləliklə, həm puldan, həm də səyahətdən məhrum olurlar.

İddiaların doğru olub-olmadığını yoxlamaq üçün biz də “Şuşa” turundan istifadə etmək qərarına gəldik.

Bizə göndərilən linkə keçid etdik. 12.000-ə yaxın izləyicisi olan “Travel_baku_2022” adlı səhifədə ölkənin bir çox bölgələrinə turların olduğu, ancaq bütün postların eyni gündə paylaşıldığı və ancaq “Şuşa” turunun reklam olunduğu diqqətimizi cəlb etdi. Postlarda şərh bölməsinin bağlı olmağı da şübhəli idi. Elə bil rəy bildirilməyini istəmirdilər.

Onlayn yolla “tur təşkilatçıları”na müraciət etdik. Bizə ən yaxın səfərin 17 iyul tarixində olacağını bildirdilər. Qiymətlər ekonom tur üçün 45, standart (səhər yeməyi daxildir) tur üçün isə 55 manat təşkil edir.

Şəxsiyyəti təsdiq edən heç bir sənəd tələb olunmadan “bileti” əldə etdik və bizə 17 iyul saat 06:30-da metronun “Gənclik” stansiyasının çıxışına gəlməli olduğumuz barədə məlumat verildi.

Qeyd olunan tarixdə bildirilən ünvana gəldikdə nə avtobusu, nə də nümayəndələrdən bir nəfəri tapa bildik. Zənglərimizin cavabsız qalması isə artıq bizi təəcübləndirmədi. İnstagram səhifəsindən də yazmağımıza baxmayaraq, öncə cavab vermədilər, daha sonra bizi bloka atdılar.

Bununla da bizə gələn şikayət öz təsdiqini tapdı.

Sözügedən İnstagram səhifəsi hazırda da fəaliyyət göstərir. Səhifənin adının tez-tez dəyişdirildiyi bildirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Abilov bildirir ki, bu cür turlar saxta olur. İşğaldan azad olunmuş ərazilərə getmək üçün yalnız yolumuzqarabaga.az saytı vasitəsilə bilet almaq mümkündür və bunun üçün şəxsiyyəti təsdiq edən sənəd mütləq sistemə daxil olunmalıdır. Heç bir tur şirkəti özündən bilet düzəldə bilməz.

 

[URIS id=53209]

[URIS id=53214]

[URIS id=53210]

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Bu gün, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Bu gün, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Bu gün, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Bu gün, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Bu gün, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Oxşar xəbərlər