Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin kafedra müdiri Sədaqət Əhmədova işdən çıxarılıb. Bu haqda bu gün, 20 iyun tarixində Oxu.az məlumat verib.
Verilən məlumata əsasən, müəllimin əmək müqaviləsinə xitam verilib.
Daha öncə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri kafedranın müəllimi Sədaqət Əhmədovanın pul almaq üçün onları imtahanda “kəsdiyini” iddia ediblər. Tələbələr onun səsinin audioyazısını təqdim ediblər. Səs yazısında deyilir ki, tələbələr 3000-5000 manat versələr, imtahan məsələsi həll olunacaq.