“Azərsu” ASC Bakının Sabunçu rayonu və Abşeron rayonunun su təchizatı üçün xərclənəcək vəsaitin məbləğini açıqlayıb. Bu haqda 5 avqust tarixində Report məlumat verib.
Adıçəkilən qurum "Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi” ilə 6,387 milyon manatlıq müqavilə imzalayıb. Vəsait Bilgəh qəsəbəsi və Abşeron rayonunun Goradil qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə xərclənəcək.