Bakıda toy kortejində avtoxuliqanlıq edən sürücülər saxlanılıb. Bu haqda 9 iyun tarixində Report məlumat verib.
Binəqədi rayonunda iyunun 7-si saat 16 radələrində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmin avtomobillərin sürücüləri İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhdudlaşdırılmaqla, 1 ay müddətinə inzibati qaydada həbs olunublar.