Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi 7/19 ünvanında, binanın qarşısında yerləşən yaşıllıq sahəsinin məhv edildiyi bildirilir. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, ağacların quruması üçün diblərinə xüsusi məhlul tökülür. Şikayətdə bildirilir ki, sözügedən ərazidə əvvəllər daha sıx meşəlik olsa da, son illər ağaclar bu üsulla qurudularaq məhv edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparılacağını bildirib.