Binəqədi Gənclər Evində sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Həci Əliyev və Azərbaycanın karate üzrə Olimpiya mükafatçısı, beşqat dünya çempionu Rafael Ağayevlə görüş keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 6 iyun tarixində xəbər verir.
Görüş 8 iyun, saat 15:00-da təşkilatın “Fəxri qonaq” layihəsi çərçivəsində baş tutacaq.
Həci Əliyev 2010-cu ildən Azərbaycan yığmasında çıxış edir. O, 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan Dünya Çempionatının qalibi olub. 2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı olub.
Rafael Ağayev isə 5 dəfə Dünya, 11 dəfə Avropa çempionu olub.
İştirak etmək istəyənlər Binəqədi Rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsində qeydiyyatdan keçə bilərlər.