top
BNA-nın kamera ilə yazdığı cərimələr qanunidirmi?
19 may 2022, 23:30
- ↺ +

BNA-nın kamera ilə yazdığı cərimələr qanunidirmi?

Bakı Nəqliyyat Agentliyinin (BNA) kameraları tərəfindən cərimələnən sürücü məhkəmədə haqlı çıxdı. Bu haqda BakuPlus.az Avtosfer.az -a istinadən bu gün, 19 may tarixində xəbər verir.

Belə ki, mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov BNA-nın kamera ilə çəkdiyi cərimələrə xitam verilməsi barədə qərar çıxarıb.

Bundan əvvəl isə vətəndaş onun barəsində tərtib edilmiş BNA qərarlarından Yasamal rayon Məhkəməsinə şikayət etmiş və hakim Rauf Daşdəmirov şikayəti təmin etməyərək qərarları qüvvədə saxlamışdır.

Hakim İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsini və İlham Əliyevin 6 iyul 2018-ci ildə imzaladığı 181 nömrəli fərmanını əsas gətirərək qərar çıxarıb.

Fərmanda deyilir ki, BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması təmin edilsin. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin hakimi cərimənin yazılmasını qanuni hesab edərək qərar çıxarıb.

Şikayətçi tərəf isə hakimin düzgün qərar vermədiyini iddia edərək Apellyasiya məhkəməsinə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarında isə qeyd olunur ki, vətəndaşın Bakı Nəqliyyat Agentliyinin 20.12.2021-ci il tarixli, BNA seriyalı, 19575 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi üçün şikayəti əsaslıdır.

Həmin inzibati xətalar bilavasitə aşkar edilməyib. Yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmayıb.

İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmayıb, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməyib.

Məhkəmə qeyd edir ki, belə olan halda, sürücünün əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir.

Qeyd olunanlara görə məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir.

Bir müddət öncə məsələyə münasibət bildirən ekspert Elməddin Muradlı, Yasamal rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun çıxardığı qərarın tam əsassız olduğunu bildirmişdir: “Nəhayət, Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov qanunun aliliyini sübut edən qərar çıxardı”.

Təxminən 1 ay əvvəl dayanma-durma qaydasının digər hallarının pozulmasına görə sürücülərin kamera vasitəsilə cərimə edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Parlamentin qəbulundan və Prezidentin təsdiqindən sonra dayanma-durmaya görə kamera vasitəsilə cərimə yazılması qanuni sayıla bilər.

Son xəbərlər

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
01 oktyabr 2026, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
01 oktyabr 2026, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
01 oktyabr 2026, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
01 oktyabr 2026, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
01 oktyabr 2026, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
01 oktyabr 2026, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
01 oktyabr 2026, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
01 oktyabr 2026, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Oxşar xəbərlər