Uşaq yazarı, ADA Universitetinin əməkdaşı Günel Əsgərovanın təqdimatında “Nağıl saatı” təşkil olunacaq. Bu haqda 8 iyul tarixində Bakuplus.az məlumat verir.
Tədbirdə Günel Əsgərovanın müəllifi olduğu "Leyli və balaca adamın sirri" nağılı oxunacaq, məntiqi tapşırıqlar icra ediləcək və viktorinalar keçiriləcək.
Görüş iyulun 15-i saat 15:00-da Nazim Hacıyev 81 ünvanında yerləşən "Boomerang" Kitab Klubuna baş tutacaq.
Nağıl saatında iştirak ödənişsizdir, lakin əvvəlcədən (055) 989 90 09 Whatsapp-a yazaraq qeydiyyata düşmək lazımdır.