Botanika bağında rəsm həvəskarları üçün görüş təşkil olunacaq. Bu haqda 5 avqust tarixində Bakuplus.az məlumat verir.
14 avqust saat 10:30-da “ETÜD+PİKNİK” adlı görüş baş tutacaq. Görüşdə akvarel, qara qələm və s. rəsm texnikaları haqqında məlumat veriləcək və Aytac Abdulrəhimli, Gülnarə Hüseynzadə tərəfindən təlim keçiriləcək.
İştirak haqqı 15 manatdır, lakin Artlife üzvlərinə 30% endirim olacaq. Qabiliyyət və bacarıq tələb olunmur, arzu edən hər kəs qoşula bilər.
İştirak etmək istəyənlər əvvəlcədən (055) 3462510 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.