top
Bu gün Xalq artisti Firəngiz Əlizadə 75 yaşını qeyd edir
28 may 2022, 03:20
- ↺ +

Bu gün Xalq artisti Firəngiz Əlizadə 75 yaşını qeyd edir

Bu gün Xalq artisti Firəngiz Əlizadənin ad günüdür. Bu haqda 28 may tarixində Bakuplus.az xəbər verir.

 

Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində alıb. 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, 1972–1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmışdır. Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.

1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yazılması sifariş olunub və Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində Firəngiz Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb. Firəngiz Əlizadə yeganə azərbaycanlı bəstəkardır ki, "UNESCO-nun Sülh Artisti" fəxri adına layiq görülüb.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əlizadə 27 may 2022-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
01 oktyabr 2026, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
01 oktyabr 2026, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
01 oktyabr 2026, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
01 oktyabr 2026, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Oxşar xəbərlər