Bu gün, iyunun 18-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” adlı ekoloji aksiya keçirilir. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Heydər Əliyev prospekti, 172 ünvanında (“Koroğlu” metro stansiyasının yaxınlığında) yerləşən “Bravo Koroğlu” hipermarketində 11:00-dan 14:00-a kimi hər kəs ümumi həcmi 20 litr olan plastik butulkaları təhvil verib əvəzində ekoçanta ala bilər.