Paytaxtın Binəqədi rayonu, Fatmayı bağları adlanan yaşayış massivində avtobusların hərəkət intervalının böyük olması sakinlərə çətinlik yaradır. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
“Avtovağzaldan bura bir saat, saat yarımlıq yoldur. 3, ən yaxşı halda 4 ədəd avtobus işləyir, onlardan biri də mütləq yolda sınır. Marşrutların intervalı bəzən bir saatdan çox olur”, - deyə sakinlər söyləyir.
Fatmayı bağlarına gələn 134 saylı avtobus xəttinin rəhbəri Qurban İsmayılov məsələ ilə bağlı bildirir ki, sərnişin axını az olduğundan, avtobusların sayı məhduddur, ancaq yaxın gələcəkdə xəttə 12-14 ədəd nəqliyyat vasitəsi buraxılacaq.
[caption id="attachment_50711" align="alignnone" width="800"]
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı[/caption]