Bakıda keçirilən Formula 1 yarışı dünyada böyük marağa səbəb olub. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yarış həftəsinin sonunda təkcə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb, Formula 1-in Youtube kanalında Azərbaycan Qran Prisi haqqında video izləyicisinin sayı 6 milyonu keçib, Twitter-də isə yarış zamanı “#AzerbaijanGP” həştəqi 128 milyon dəfə qeyd olunub.
ESPN-in verdiyi məlumata görə, ötən il Azərbaycan Qran Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı adına layiq görülüb. O, 1,04 milyon izləyici ilə Monako Qran Prisinin rekord izləyici sayını ötüb.
Həmçinin 221,64 milyon istifadəçisi olan “Netflix” platforması "Drive to survive" serialının çəkilişləri üçün Bakıya yaradıcı qrup yollamışdır.
Formula 1 dünyada ən nüfuzlu avtoidman növüdür. Onun qlobal televiziya izləyicisi 1.55 milyarddır.