Bakıda “Formula 1” Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar bəzi küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Bu haqda bu gün, 8 iyun tarixində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva küçəsi, Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən şəhərdən çıxış, eləcə də Azadlıq prospektinin Nizami küçəsi ilə kəsişməsindən Yusif Səfərov istiqamətində hərəkət təmin edilib.
Məhsulları daşıyan yük maşınları şəhərin mərkəzinə yalnız gecə saatlarında girə bilərlər.