Bakıda keçiriləcək Formula 1 yarışında pilotlar zinət əşyalarından istifadə edə biləcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 27 may tarixində xəbər verir.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən Formula 1 pilotlarının yarış zamanı zinət əşyaları taxmasına iyunun sonunadək icazə verilib və buna görə sürücülərə heç bir cərimə tətbiq olunmayacaq.
Bu isə o deməkdir ki, Bakıda 10-12 iyun tarixlərində keçiriləcək Azərbaycan Qran-prisində də pilotlar zinət əşyalarından istifadə edə biləcək.
Bu məsələ iyulun 1-də Britaniya Qran-prisində yenidən müzakirə ediləcək və son tarixdən əvvəl pilotlarla əlavə danışıqlar aparılacaq.