Gənclər və İdman Nazirliyi iki idman obyektinə direktor vəzifəsinə işə qəbul elan edib. Bu haqda məlumat bu gün, 27 iyul tarixində nazirliyin Facebook səhifəsində paylaşılıb.
Bunlar Bakıda yerləşən Respublika Şahmat Mərkəzi (Klubu) və Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir.
Yaşı 55-dən aşağı olan namizədlərdən idman sahəsində 6 il iş təcrübəsi və ali təhsil tələb olunur.
Müraciət etmək istəyənlər sənədləri bu gündən etibarən avqustun 4-dək müvafiq ünvana göndərməlidirlər. Daha ətraflı məlumat buradan tapmaq mümkündür.