Bakıda “Gimnastika hamı üçün” adlı tədbir keçiriləcək. Bu haqda 8 avqust tarixində Bakuplus.az məlumat verir.
Heydər Əliyev Mərkəzinin parkında şənbə günü, 13 avqust saat 09:00-da hamı üçün gimnastika keçiriləcək. Tədbiri Azərbaycan Gimnastika Federasiyası təşkil edəcək.
Yaş həddi 5+, geyim tərzi sərbəstdir. Qeydiyyat tələb olunmur.