Bakıda “10 il Sizinlə” şüarı ilə həftəsonu tədbirləri davam edir. Bu haqda 8 avqust tarixində Bakuplus.az məlumat verir.
Heydər Əliyev Mərkəzinin parkında şənbə günü, 13 avqust saat 09:00-da hamı üçün akrobatika gimnastikası keçiriləcək. Tədbiri Azərbaycan Gimnastika Federasiyası təşkil edəcək.
Yaş həddi 5+, geyim tərzi idman üslubunda olmalıdır. Qeydiyyat tələb olunmur.