Bakıda hip-hop üzrə açıq dərs baş tutacaq. Bu haqda 4 iyul tarixində Bakuplus.az məlumat verir.
Heydər Əliyev Mərkəzinin parkında 10 iyul saat 10:00-da “10 il Sizinlə” şüarı ilə hip-hop üzrə açıq dərs keçiriləcək. Dərsi Grifon Dance Studio-nun rəhbəri və xoreoqrafı Şahin Hüseynov aparacaq.
İştirak sərbəstdir.