19 iyun tarixində Bakının Heydər Əliyev Mərkəzinin parkında kapoeyra üzrə seminar keçiriləcək. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az məlumat verir.
Saat 17:00-da başlayacaq təlim Ümumdünya Kapoeyra Federasiyasının prezidenti ustad Paulao Seara tərəfindən aparılacaq.
Tədbirdə 7 yaşdan yuxarı olan hər kəs ödənişsiz iştirak edə bilər. Seminarda iştirak etmək üçün iştirakçılar özü ilə idman forması gətirməlidir.