Heydər Əliyev Mərkəzinin parkında “10 il Sizinlə” şüarı altında Nuri Sərinləndiricinin konserti keçiriləcək. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az məlumat verir.
Tədbir 30 iyul, saat 19:30-da başlayacaq. Nuri Sərinləndirici Jane Şirokih və "Nur" instrumental orkestri ilə birlikdə çıxış edəcək.
Konsertdə hər kəs iştirak edə bilər, giriş pulsuzdur.