Bakıda milonqa-tanqo axşamı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 8 iyun tarixində xəbər verir.
11 iyun, saat 20:00-da Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq rəqs axşamında 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
İştirak ödənişsizdir. İştirakçılardan sərbəst geyim formasında gəlmələri xahiş olunur.
Milonqa-tanqo axşamı İlham Osmanovun təsis etdiyi IN-Tango Baku klubunun təşkilatçılığı ilə açıq havada baş tutacaq.