Bakıda real aykido üzrə ödənişsiz ustad dərsi keçiriləcək. Bu haqda 7 iyun tarixində Bakuplus.az məlumat verir.
Heydər Əliyev Mərkəzinin parkında 12 iyun saat 10:00-da real aykido üzrə ustad dərsi təşkil olunacaq. 4 yaşdan yuxarı hər kəs ağ cüdo kimonosu geyinməklə iştirak edə bilər.
Dərsi Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli beşinci dan qara kəmər ustası Fariz Abdullayev aparacaq.