Bakıda “Vinq-çun üzrə ustad dərsi” keçiriləcək. Bu haqda 19 iyul tarixində Bakuplus.az xəbər verir.
Master-klas “10 il Sizinlə” şüarı ilə həftəsonu tədbirləri çərçivəsində, Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.
24 iyul saat 09:00-da başlayacaq tədbirdə 6 yaşdan yuxarı hər bir şəxs ödənişsiz şəkildə iştirak edə bilər.
Tədbir Vinq-Çun Federasiyasının prezidenti, ustad Asif Sayadov tərəfindən keçiriləcək.