Bakının Heydər Əliyev Mərkəzinin parkında bazar günü, 17 iyul tarixində yoqa üzrə məşğələ keçiriləcək. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az məlumat verir.
Saat 08:00-da başlayacaq təlimi yoqa mütəxəssisi Mehriban Hüseynova aparacaq. Tədbirdə 6 yaşdan yuxarı olan hər kəs ödənişsiz şəkildə qoşula bilər. Geyim tərzi sərbəstdir. Qeydiyyat tələb olunmur.