Bakının Heydər Əliyev Mərkəzinin parkında bazar günü, 3 iyun tarixində yoqa və badminton üzrə təlimlər keçiriləcək. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az məlumat verir.
Saat 08:00-da başlayacaq "İçindəki sən" meditasiya təlimi beynəlxalq dərəcəli “Fərqindəlik-Vipassana” təlimçisi və “Thetahealer” Könül Cəlil aparacaq. Tədbirdə 17 yaşdan yuxarı olan hər kəs ödənişsiz iştirak edə bilər. Seminarda iştirak etmək üçün iştirakçılar özü ilə idman forması gətirməlidirlər. Meditasiyaya qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqə nömrəsi: 055 469 50 43.
Daha sonra saat 18:00-da badminton üzrə təlim baş tutacaq. Tədbiri Azərbaycan Badminton Federasiyasının təlimçiləri Teymur Abbasov və Rəna Hüseynova aparacaqlar. Yaş həddi yoxdur, geyim tərzi: sərbəstdir. Qeydiyyat tələb olunmur.