Bakının Yasamal rayonunda, Dövlət Statistika Komitəsinin yaxınlığında itlər üçün “Dogarden” kafesi açılıb. Bu haqda Bakuplus.az məlumat verir.
“Dogarden” kafesi həm itləri olan qonaqlar, həm də iti olmayan bütün heyvansevərlər üçün hər gün səhər saat 11:00-dan fəaliyyət göstərir.
Kafedə, həmçinin heyvanlar üçün müxtəlif oyunlar ilə təchiz olunmuş oyun zonası təşkil edilib. Oyun zonasına giriş ödənişlidir, qiymət 5 manatdır.
Burada ev heyvanlarının fotosessiyası, qruminq, tematik seminarlar və mühazirələr də keçirilir, itlərin öyrədilməsi üzrə peşəkar kinoloqlar tərəfindən xidmətlər göstərilir.
Burada, həmçinin sağlam, şəkərsiz it yeməkləri təklif edilir.
Kafeyə getməzdən əvvəl qonaqlar linkdəki ərizə formasını doldurmalıdırlar.