Suraxanı rayonunda şəhid Mürsəl Kazımlının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Bu haqda 23 iyul tarixində Suraxanı RİH məlumat verib.
Mərasim Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri və şəhidin ailə üzvlərinin iştirakı ilə keçirilib. Kazımlının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və məzarlarına gül dəstələri düzülüb.
Mürsəl Kazımlı 2020-ci il oktyabrın 24-də Füzuli rayonunun azad olunması uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.