Tanınmış jurnalist Qədir İbrahimli bu gün, saat 09:30 radələrində xəstəxanada dünyasını dəyişib. Bu haqda bu gün, 20 may tarixində Report məlumat verib.
İbrahimli mayın 18-də qaraciyər sirrozu diaqnozu ilə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 53 yaşlı jurnalistin həyatını xilas etmək mümkün olmayıb.