“Bolt” şirkəti kartla ödənişi qəbul etməyən taksi sürücülərini 25 AZN məbləğində cərimə edəcək. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az məlumat verir.
Verilən məlumata görə, taksi sürücüsü fəaliyyətini yalnız cəriməni ödədikdən sonra davam etdirə biləcək.
Son zamanlar taksi istifadəçiləri arasında “Bolt” sürücülərinin kart ödənişi ilə sifariş qəbul etməməsi ilə bağlı məlumat yayılıb.