Bakıda "Leykemiya ilə mübarizə" ayı çərçivəsində "Mən yaşamaq istəyirəm" adlı xeyriyyə yarmarkası keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 25 iyun tarixində xəbər verir.
Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, "Davam" Gənclər Hərəkatı, Azərbaycan Tibb Universiteti və "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən yarmarka 3 iyul, saat 10:00-da baş tutacaq.
Yarmarka Sahil Bağında keçiriləcək.