Bakıda “Location” gecə klubunda baş vermiş partlayış səbəbindən həbs olunan FHN əməkdaşı polis nəzarəti altında azadlığa buraxılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru Rəsul Rəsulovun vəkili bildirib ki, cinayət üzrə 40 zərərçəkmişlə rəsmi qaydada barışıq əldə edilib, onlara dəymiş maddi ziyan ödənilib.
Rəsulov polis nəzarətinə verilib. Onun barəsində məhkəmə prosesi 25 iyul tarixinə təyin edilib.