Türkiyənin məşhur siması, yazıçı, prof. Dr. Sinan Canan Bakıda imza günü keçirəcək. Bu haqda BakuPlus.az bu gün, 7 iyun tarixində xəbər verir.
Görüş 19 iyun saat 15:00-da “Libraff” mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq.
Müəllifin kitablarını öncədən və ya yerində mağazalarımızdan əldə edə bilərsiniz.
“Park Akademiya” filialı metronun “Elmlər Akademiyası” stansiyasının əsas girişi ilə üzbəüzdə yerləşir.