Bakı metrosunda sərnişin siqaret çəkib. Bu haqda 9 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Metroda orta yaşlı kişi sərnişin vaqonun ortasında siqaret yandırıb. Ətrafdakı xanım sərnişinlər yerlərindən duraraq oradan uzaqlaşıblar, digər iki sərnişin isə kişiyə yaxınlaşaraq siqaret çəkməsinin qarşısını almağa çalışıblar. Hadisəni sərnişinlərdən biri videoya çəkib və sosial şəbəkələrdə paylaşıb. Videoda həmin insanın özündə olmadığı görünür.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC araşdırma aparır. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.