Bakıda tekstil vitrajları barədə master-klas keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 18 may tarixində xəbər verir.
Mayın 20-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində ustad dərsi keçiriləcək.
İştirakçılar Əməkdar rəssam Yelena Haqverdiyeva ilə tekstil vitrajlarının hazırlanmasını öyrənəcək.
Qatılmaq istəyənlər özləri ilə müxtəlif növ parça, düymə, bijüteriya fraqmentlərini, ümumiyyətlə, tekstil və bəzək əşyalarını gətirməlidirlər.
Ustad dərslərində rəssamın köməyi ilə köhnə əşyalara yeni nəfəs verməklə maraqlı nümunələr hazırlamaq mümkün olacaq.
Qeydiyyatdan keçmək mütləqdir.