Bakıda “Son zəng” tədbirinin keçiriləcəyi qayda açıqlanıb. Bu haqda 9 iyun tarixində Report məlumat verib.
Təhsil naziri Emin Əmrullayevın imzaladığı müvafiq əmrə əsasən, ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər.